Nə olsun ki, məndən bu qədər uzaqdasan?!-Dəniz dalğaları da qayadan çox uzaqdadır, lakin qovuşduqları zaman hər şeyə qadirlər... Qovuşduqları zaman ayrı gözəllik, ayrı bir qüvvə yaranmış olur...
Nə olsun ki, sənə əlim çatmır?!- Ulduz da bizim üçün əlçatmazdır, heyrətamizdir. Ancaq daim onu izləyirik, daim onun parıltısndan zövq alırıq.
Nə olsun ki, ünsiyyətimiz gec-gec baş tutur?!- Yay yağışı da nadir hallarda gec-gec yağır. Lakin yağdığı zaman gözəl bir ətir, incə sərinlik gətirmiş olur...
Nə olsun ki, arada səndən incilirəm, kobudluğunu qəbul edə bilmirəm-təbiət də arada bizdən küsür, incilir, ona qarşı olan kobudluğumuzu qəbul etmir, qəflətən solur və itmiş olur...
Nə olsun ki, soyuqluğunu qəbul edə bilmirəm?!-Qış soyuqluğunu da qəbul edə bilmirik, istilik axtarırıq. Lakin bu soyuqluq yeni bir həyəcan, yeni bir hiss, yeni bir maraq gətirmiş olur...
Nə olsun ki, bu qədər qapalısan?!-Bəşəriyyətdə mövcüd olan bütün qapalılıq, gizlilik, bizlərdə maraq yaratmış olur, bizi özünə daha çox cəlb edir və daha çox mübarizə aparmış oluruq...
Nə olsun ki, səni görə bilmirəm?-Mücərrəd hisslərimizi: xoşbəxtliyimizi, sevincimizi, təbəssümümüzü də görə bilmirik, lakin duyuruq. Bu duyğu bizi hadisələrə qarşı nə qədər yaxınlaşdırmış və dəyişmiş olur. Bu hisslərsiz keçinə bilmərik ki...
Nə olsun ki, sevgini duya bilmirəm?!-O, mənim ümidimə işarədir, o mənim arzularımın davamlılığına işarədir, o mənim yaşamıma işarədir, o mənim varlığıma, mövcüdluğma işarədir! |