8 mart - Beynəlxalq Qadınlar günü keçirilən "Kişilər oxuyur” adlı konsertin aparıcıları qismində çıxış edən NEXT tədbirdə baş verənlərlə aydınlıq gətirib. ANS PRESS-in məlumatına görə, tədbirdə mühafizə xidmətinin diqqətsizliyi fan klubu narahat edib. Belə ki, cangüdənlərin qızlara kobudluğu yanlış anlaşılıb. Qrupun yaydığı məlumata görə, qrup bunu fanatlardan qorunmaq üçün etməyib. "Biz nəinki, onları özümüzdən uzaqlaşdırmağa yox, fanatlarla yaxın olmağa, ünsiyyət qurmağa çalışırıq. Kənardan elə təəsürat yaranırdı ki, sanki, NEXT tamaşaçılardan qaçmaq istəyir. Əksinə qrup üzvləri ora toplaşanları əyləndirməyə, bizimlə birgə rəqs etməyə çağırırdı. Çox təəssüf ki, təşkilatçıların istəyi ilə çoxlu sayda cangüdən çalışdığı üçün fanatların müəyyən narahatçılıqları yarandı. İnşallah, növbəti konsertimizdə fanatlar üçün daha əlverişli şərait yaradarıq” , -deyə məlumatda bildirilib.
|