Avstraliya Sidney'de yaşayan Qata Ogg əkizlərə hamilə idi. Əkizlər 27 həftəlik ikən dünyaya gəldi. Həkimlər əkizlərdən qız olanı Emily'də heç bir problem tapa bilməzkən qardaşı Jamie'nin nəfəs ala bilmədiyini gördülər. Həkimlər təxminən 20 dəqiqə körpəni həyata qaytarmağa çalışıblar. Ancaq körpə nəfəs almırdı. Bunun üzərinə həkimlər vida etməsi üçün Jamie-körpəni anasına verdi. Ana Qata Ogg körpəni 2 saat ərzində qoynunda tutub oxşadı körpəsiylə danışdı və bir mö'cüzə gerçəkləşdi. Körpə yenidən nəfəs almağa başladı. Qata Ogg o dəqiqələri belə izah edir: "Gözlərimə inana bilmədim. Jamie əlini qaldırdı və barmağımı tutdu. Gözlərini açdı və başını sağa-sola çevirdi. Bu gerçək bir möcüzə " Kenquru müalicəsi Mütəxəssislərə görə yarımçıq doğulan körpələrin bədən istiliyi normal körpələrin bədən istiliyindən daha aşağıdır. Körpənin anası sadə bir şəkildə uşağını özünə yaxın tutduğunda yəni qucaqladığında öz bədən istiliyiylə uşağın istiliyinin yüksəlməsini təmin edir. Bu tərz üsula həkimlər kenquru müalicəsi adını verir. Həkimlər körpə-Jamie'nin 2 saat ərzində anası tərəfindən sevilib oxşaması körpənin də bu şəkildə bədən istiliyinin yüksəldiyini və möcüzə nəticəsində həyata döndüyünü ifadə edir. Bu texniki eyni zamanda körpənin bədəninin normadan çox istiləşməsinin də qarşısını alır. Körpənin bədən istiliyi 37 dərəcəyə çatır. Daha çox yüksəlməsi mümkün deyil.Çünki yüksəlsə belə bu istilik körpəyə deyil birbaşa anaya keçir. Fikirləriniz...