Kolumbiyada qeyri-adi hadisə baş verib. Kali şəhərində dəfni planlaşdırılan qadın qəfildən dirilib. Yerli dəfn bürosunun əməkdaşlarının sözlərinə görə, onlar qadının cəsədini xəstəxanadan götürüb. Qadının ölümü barədə həkim arayışı gələn kimi isə onu dəfn etməyə hazırlaşıb. Lakin birdən qadın əllərini tərpətməyə başlayıb.
Qeyd edək ki, Noelia Serna adlı evdar qadın həftənin əvvələrində xəstəxanaya yerləşdirilib. Bir necə gün sonra isə nəfəs almadığı üçün həkimlər onun ölüm faktını təsdiq edib.
Dəfn bürosunda dirilən qadın dərhal xəstəxanaya aparılıb. Bu dəfə həkimlər onun koma vəziyyətində olduğunu bildirib.