Bir gün, bir adam Peyğəmbər Əfəndimizin yanına gələrək, "Sizə dünya və axirətlə əlaqəli soruşacaq suallarım var" deyər. Bunun üzərinə Peyğəmbərimiz o kimsəyə, "Nə istəyirsənsə soruş" buyurar. Ardından o adam ilə Peyğəmbər Əfəndimiz arasında bizim də bir çox dərslər çıxara biləcəyimiz bu dialoq yaşanar:
İnsanların ən zəngini olmaq istəyirəm. Nə etməliyəm?
Qənaətkar olsan insanların ən zəngini olarsan.
İnsanların ən xeyirlisi olmaq istəyirəm.
İnsanların ən xeyirlisi, insanlara faydalı olandır. Sən də insanlara faydalı ol.
İnsanların ən ədalətlisi olmaq istəyirəm.
Özün üçün istədiyini insanlar üçün də istəsən insanların ən ədalətlisi olarsan.
İnsanlar içində Allaha ən yaxın, ONun ən xas qullarından olmaq istəyirəm.
Allahı çox zikr edib xatırlayar və xatırlasan o zaman Allahın ən xas qulu olarsan.
Muhsinlerden, yaxşılıq edənlərdən olmaq istəyirəm.
Allaha, ONU görür kimi ibadət et, hər nə qədər sən ONU görməsənsə də O səni görür.
İmanımı kamala çatdırmaq istəyirəm.
Gözəl əxlaqlı olsan imanın kamala çatar.
Qiyamət günü nur içində haşr olmak istəyirəm.
Heç kimə zülm etmə, qiyamət günü nur içində haşr olursun. Əvvəl özünə və insanlara mərhəmət et ki; Allah da sənə mərhəmət etsin.
Günahlarımın azalmasını istəyirəm.
İstiğfar edərək günahlarının bağışlanması üçün Allaha yalvarsan günahların azalar.
İnsanların ən kərimi olmaq istəyirəm.
Allaha qullarını şikayət etməzsənsə insanların kərimi olarsan.
Ruzimin bol olmasını istəyirəm.
Təmizliyə davam etsən ruzinin bol olar.
Allah və Elçisi tərəfindən sevilmək istəyirəm.
O zaman Allah və Rəsulunun sevdiklərini sev, sevmədiklərini də sevmə.
Allahın mənə qızmasından özümü qorumaq istəyirəm.
Kimsəyə qızmazsansa Allahın qəzəbindən və qızmasından xilas olarsan.
Duamın qəbul edilməsini istəyirəm.
Haramlardan çəkinsən duaların qəbul olar.
Allahın məni başqalarının yanında alçaq etməməsini istəyirəm.
Namusunu qoruyub iffətli ol ki; insanlar yanında alçaq olmayasan.
Allahın ayıblarımı, qüsurlarımı örtməsini istəyirəm.
Qardaşlarının ayıblarını örtsən Allah da sənin ayıblarını örtər.
Mənim günahlarımı nə silər?
Gözyaşların, huduun (hörmətlə Allaha qulluğun)
Allah yanında hansı xüsusiyyətlər daha fəzilətlidir?
Gözəl əxlaq, təvazökarlıq, bəlalara səbir və qəzaya razılıq.
Allah yanında ən böyük günah hansıdır?
Pis əxlaq və Allahın əmrlərinə qarşı göstərilən xəsislik.
Rəhman Allahın rəhmətini nə coşdurar?
Gizlidən gizliyə sədəqə vermək və sılas(n)ı rəhm (qohumları ziyarət və görüb güdmək)
Cəhənnəm atəşini nə söndürər?
Oruc... |