1.Yer kürəsinin neçə yaşı var? Planetimizin 4,5 milyard yaşı var. Son tədqiqatlar göstərir ki, Yer kürəsi Günəşdən yaşca bir az balacadır. O, 10 milyon il sonra gəlib. 2.Yer kürəsində ən isti yer haradadır? ABŞ – ın Kaliforniya ştatında yerləşən "Ölüm Vadisi” Yer kürəsində ən isti yer hesab olunur. 1917 – ci ildə 43 gün orada istilik 48,9 dərəcədən yüksək olub. 3.Yer kürəsində ən soyuq yer haradadır? Yer kürəsində ən soyuq yer "əlaçatmaz qütb” adlanan yerdir – Antraktidada. Orada havanın orta illik tempraturu -57,8 dərəcə selsidir. 4.İldə Yer kürəsinə atmosfer vasitəsilə nə qədər toz düşür? Bu hələ tam dəqiq məlum deyil, təqribi hesablamaya görə 1000 milyon qram və ya 1000 ton. 5.Yür kürəsinin mərkəzi nə qədər uzaqlıqda yerləşir? Yerdən onun mərkəzinə olan məsafə 6378 km-dir. 6.Bizim nəfəs aldığımız hava nədən təşkil olunub? Bəziləri səhvən belə zənn edirlər ki, havanın ən çox % -ni oksigen təşkil edir. Bu belə deyil, havada oksigen 20 % təşkil edir, azot isə 80 % - i. 7.Yer kürəsinin mərkəzi istidirmi? Yer kürəsinin mərkəzində tempratur 3870 dərəcə selsi təşkil edir. 8.Dünya əhalisinin yarısından çoxu qar görməyib. 9.Yaz fəsli gündə 50 km sürətlə hərəkət edir. 10.İlk coğrafi qlobus Nürnberg şəhərində saxlanılır. O, 1492 – ci ildə Martin Behaim tərfindən hazırlanmışdır. |