Meyvə və tərəvəzlərin faydası tükənməzdir. Belə faydalı tərəvəzlərdən biridə qırmızı turpdur. Ondan adətən salatlarda və ya sadəcə yeməyin yanında istifadə etmək mükündür. Təzə turp bir çox, xüsusilə "C" vitamini ilə zəngindir və kalsium mənbəyidir. Dəmir qaynağı olan tərəvəz dərini gözəlləşdirir, immuniteti gücləndirir.
Turp diş, diş əti, sinir, saç və dırnaqlar üçün olduqca faydalıdır. Bundan əlavə turp iştahı açır, sinir və stresi azaldır, tənəffüs yollarına faydalıdır. Həzmi asanlaşdırır, soyuqdəymə və qrip xəstəliklərində burun axmasının qarşısını alır.
Turpdan böyrək xəstəliklərindən əziyyət çəkənlərdə istifadə edə bilər. Çünki bu tərəvəz böyrək daşlarında olan problemlərə də xeyirlidir. Artıq çəki və vərəm xəstəliyi ilə mübarizədə ondan istifadə tövsiyyə edilir.
|