Qıya bilmərəm sənə...
Sevsən də
Yağışlarda üşüməyini istəmərəm gülüm.
Qıya bilmərəm sənə...
Sənin gözlərinə yağışlarım düşməsin.
Quru buludlarım ürəyini incitməsin.
Mən yağışlarda yaşamağa alışmışam.
Sən günəşli səhərlərə oyanmağa layiqsən gülüm.
İndi get nə olar işıqlı səhərlərə..
Qıya bilmərəm sənə...
Toxunma səni sevən ürəyimə.
Tikanımla qanamasın incə əllərin..
Ağrılarımla yanmasın ürəyin
Daha çox ağlamadan gözlərin..
İndi get nə olar...
Sən, baharların xınalı çiçəyi.,
Mən, qarlı dağların yaralı tikanı.
Mən ağrılarla yaşamağa alışmışam.
Sən isə baharlara layiqsən gülüm..
Su, heç atəşi ağlada bilərmi ?!
Yağış, heç günəşi islada bilərmi ?!
İndi get nə olar...
Dayanma daha çox qaranlıqlarımda.
İndi get nə olar günəşli səhərlərə.
Xoşbəxtliklər yalnız sənə yaraşar gülüm.
Məni düşünmə...
Baharın qucağında gülümsəyirsənsə,
Gülüşünlə ayazlarda istilənərəm mən...