Qız Qalasının çardaq hissəsi ziyarətçilərin üzünə bağlanıb. Qalanın mühafizə xidmətinin əməkdaşlarının ANS TV-yə verdiyi məlumata görə, ötən həftə qalada baş verən məlum intihar hadisəsindən sonra qalanın axırıncı mərtəbəsinə mühafizə xidməti qoyulub və ziyarətçilər yalnız tarixi abidənin içəri mərtəbələrini seyr edə bilərlər.
Hazırda isə təhlükəsizlik məqsədilə çardaq hissənin şəffaf örtüklə örtülməsi planlaşdırılır və yalnız bundan sonra Qız Qalasına ziyarətə gələnlər dam hissədən şəhərin panoramasını seyr edə bilərlər.
Xatırladaq ki, Qız Qalasında son intihar hadisəsi sentyabrın 18-də baş verib. Özünü Qız Qalasının başından atan 25-26 yaş arası qız iki saatdan sonra dünyasını dəyişib.
Qeyd edək ki, son 3-4 ildə 28 metr hündürlükdə olan qaladan özünü ataraq intihar edənlərin sayı 15-dən artıqdır.