Bu gün müqəddəs Qurban bayramıdır. Bu müqəddəs gündə müsəlmanlar Allaha olan məhəbbətlərini və sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. Şəriət qaydalarına əsasən kəsilən heyvanlar sağlam və qüsursuz olmalıdır. Qurbanlıq dəvə və dananın 5, qoç və keçinin isə 1 yaşında olması məsləhətdir. Eyni zamanda qurbanlıq adı altında bazardan ət alınması, eləcə də satılması şəriətlə qəbuledilməzdir. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür. Qurban sahibinin özü ehtiyac sahibidirsə kəsilən ətin hamısını özünə saxlaya bilər. Bayramın ilk günü kəsilməyən qurbanı isə bayramın ikinci və üçüncü günü də kəsmək olar. "3w.282.clan.su" Əyləncə saytı Azərbaycan xalqı və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edir. Qurbanlarınız qəbul olunsun!