İnternetdə qlobal şəbəkənin tarixində ilk dəfədir ki, qeyri-latın əlifbası ilə yazılmış yuxarı dərəcəli domenlərin istifadə olunduğu saytlar fəaliyyətə başlayıb. Şəbəkədə ünvanların paylanılması ilə məşğul olan ICANN təşkilatının saytına istinadən verilən məlumata görə, bu, ərəb dilində yazılmış donemlərdir. Ərəb əlifbası ilə domen zonalarını Misir, Səudiyyə Ərəbistanı və BƏƏ əldə ediblər.
Əsas domenlərin istismara buraxılma prosesi artıq dünən başa çatıb və artıq onlardan istifadə etmək olar.
Bu günədək ICANN-a 11 dildə yuxarı dərəcəli domenlərin qeydiyyatdan keçirilməsinə dair 21 müraciət daxil olub. Təşkilat bu cür müraciətlərin qəbuluna 2009-cu ilin noyabr ayından başlayıb.
|