Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan üçün ABŞ prezidenti Barak Obamanın da geyindiyi gülləkeçirməz köynək sifariş edilib. Hər cür silahla testdən keçirilən köynəyin biri 12 min dollar dəyərindədir. Türkiyə mətbuatında yer alan məlumata görə, Baş nazirin çıxışları zamanı yüksək səviyyədə təhlükəsizlik tədbirləri ilə yanaşı, ona gülləkeçirməz jilet geyinmək təklif olunsa da, Ərdoğan çox vaxt bu təklifdən imtina edib.
Qeyd edək ki, bu köynəklər gülləkeçirməz jiletdən daha nazik və yüngüldür. Ultra yüksək polietilen maddələrdən hazırlanan bu geyimlərin gülləyə müqaviməti yüksəkdir.
Məlumata görə, belə köynəklərdən biri Türkiyənin Milli Kəşfiyyat Təşkilatında təcrübədən keçirilib. Köynək yaxın və uzaq məsafədən atəş, eləcə də bir çox silahlarla keçirilən testdən uğurla çıxıb.
Lideryazdıki >> E Dangerboy Coban gede,O xeberi arasdirib sayta qoyub her halda.Amma sen arasdirmadan danisirsan.Bu koynekler birinci cixanda men TV - de gormusdum.Gulle koyneyi deyir amma tam dese bilmir yarisinda ilisib qalir.Horumcek toru kimi.
RəŞaDyazdıki >> Bele wey mumkun deyil... Eti_282 ade he4 olmasa xeberi salanda oxu da... Gullenin ne qeder sureti olur o qeder suret nazik koyneye deyen kimi dayanacag?