Yaponiyanın paytaxtı Tokioda daha bir yenilik edilib. Robot rahib iki nəfərin nigahını bağlayıb. Açıq hava altında keçirilən nigah mərasimində əsas diqqət "I-Fairy" adlı robotun üzərində olub. Bir metrə yaxın boyu olan robot gül çələngi və yanıb-sönən gözlərlə bəzədilib.
Toy üçün yenidən proqramlaşdırılan robot mərasimdə cütlüyə "ömür boyu birlikdə olmağı qəbul edirsinizmi?" deyə sual verib. "Bəli" cavabı alan "İ-Fairy" bəydən gəlinin fatasını qaldırmağı və onu öpməyi istəyib. Sonda robot rahib cütlüyü ər-arvad elan edib.
Qeyd edək ki, 36 yaşlı gəlin və 42 yaşlı bəy uzun illərdir ki, eletronika sahəsində çalışırlar. Robot da məhz gəlinin işlədiyi şirkət tərəfindən hazırlanıb.