Məşhur türk müğənnisi Səda Sayan yeddinci dəfə nikah masasına oturub.
Məlumata görə, müğənni dörd aydır eşq macərası yaşadığı Atilla Altayla ailə qurub. Bir-birini çox sevən və birlikdə yaşayan cütlük əvvəl Səda Sayanın İstanbuldakı mənzilində imam nikahı ilə evləniblər. Bir neçə gün Nyu-Yorkda gəzib alış-veriş edən sevgililər daha sonra Las-Veqasa gediblər. Onlar üç gün öncə Las-Veqasda nikah bağlayıblar.
Qeyd edək ki, Səda Sayan ilK dəfə 1987-ci ildə futbolçu Rıdvan Kılıça ərə gedib. 6 ay evli qalan sənətçi 1990-cı ildə Sinan Enginlə ailə qurub. Enginlə 5 illik evliliyindən Oğulcan adlı oğlu olub. Soner Yapcacıkla 1998-ci ildə nikah masasına oturaraq 1 il evli qalan Səda dördüncü dəfə Tuncay Kıratlıya ərə gedib. 2004-cü ildə Gökhan Şükürlə evlənib ayrıldıqdan sonra 2008-ci ildə Onur Şanla nikah masasına oturub.