Sen unutdun,men unuda bilmedim
Harda olsan axtaracaq bu gözlər, Bu sevgimə qarşı çıxa bilmədim. Hətta tikanlarda gülə bürülər, Sən unutdun, mən unuda bilmədim.
Yenilir sevgiyə bəzən qürurda, Bilməm ya qorxaqlıq, ya qürursada. Bir vaxt sevən qəlbin soyuqlaşsada, Sən unutdun, mən unuda bilmədim.
İstəsək də biz görüşə bilmədik, Acı şirin günlərimi bölmədik. Bir vaxt bu sevgi üçünmü ölmədik, Sən unutdun, mən unuda bilmədim.
Mənim könlüm sevib peşiman olmaz, Bu sevgi qəlbimdə heç zaman solmaz. İnan gözlər ilahi eşqdən doymaz, Sən unutdun, mən unuda bilmədim.
Xatırlayar ötən günləri qəlbim, De necə seçsin başqa həmdəm sevgim. Hər zaman od tək qəlbimdəsən mənim, Sən unutdun, mən unuda bilmədim.
|