Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf bütün dünyada təbii və insanların törətdiyi fəlakətlərdən əziyyət çəkənlərə yardım məqsədiylə klip çəkdirib. Sənətçinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, o, "In Every Tear, He Is There" (Hər gözyaşında, O orada)" adlanan klipi ilə insanları birliyə çağırır.
"Dünyamız dəyişir. Sunami, inqilablar, digər tərəfdən yeni Çernobıl riski. Bunlarla yanaşı, dünyanın müxtəlif bölgələrində davam edən qarşıdurmalar. Lakin bu dəyişmə, hər birimizin əvvəlki insanlığımıza, təbiətimizə dönməmiz üçün, sevmək və sevilmək üçün bir imkandır. Bu dəyişmə bizə ümid, inanc və sevginin bütün xəstəliklərin dərmanı olduğu gerçəkliyinə inanmağa izin verək", deyə Sami Yusuf klipi barədə danışarkən bildirib.
İnanc, irq, din, fərqli keçmişlər insanları bir-birindən ayırır, fərqləndirir. Gəlin bir dəfəlik sevgi və hörmətin bu ayrıseçkiliyin öhdəsindən gəlməsinə və bu yolla bir olmağa çalışaq", deyə müğənni əlavə edib.
"In Every Tear, He Is There" (Hər gözyaşında, O orada)".
|