Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
14:49
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 21
Qonaqlar 21
İstifadəçilər 0

  

22:12
Satanistlər Bakıda pişikləri qırmağa başlayıb
 
Satanistlər Bakıda pişikləri qırmağa başlayıb

Bəzi məlumatlara görə, yol kənarlarındakı içalatı çıxarılmış pişiklər iblisə verilən qurbanlardır
Bəzi şou-müğənnilərin adı satanistlərlə bir sırada çəkilir!



İnsan oğlu yarandığı gündən şərə qarşı mübarizə aparsa da, lakin indiyə qədər pisliyin, şərin kökünü yer üzündən kəsməyə nail olmayıb. Çox zaman iblis gözəl bir görkəmdə qarşımızda peyda olub bizi çaşdırmağa çalışır. İndi mələk donlu şeytanlara, iblislərə hər addımbaşı rast gəlirik. Dünyada müxtəlif təriqətlər, sekta və cərəyanlar fəaliyyət göstərir. Onların nümayəndələrinə respublikamızda da rast gəlmək olar. Baxmayaraq ki, əksəriyyətinin varlığı, fəaliyyəti, gördüyü işlər, apardığı təbliğat insanlığa ziddir, amma onlar yenə də meydandadır. Şərə, iblisə xidmət edən satanaçılar (satanistlər) daha fəal görünür. Məlumatlara görə, satanaya (iblisə) xidmət edən bu insanlar şəhərimizin ayrı-ayrı yerlərində özlərinə yuva qurub. Böyük bir şəbəkədə birləşən satanaçılar mütəmadi olaraq şər işlə məşğul olurlar. Yəni xeyiri boğmaq, xoşbəxtliyi, işığı boğub şəri ayağa qaldırmaq onların əsas vəzifədir. Şeytanın yer üzündəki təmsilçiləri olan bu şəxslər arasında azərbaycanlıların da olması təəssüf doğurur.

Satançılar öz xarici görünüş və davranışlarına görə də ətrafdakılardan xeyli fərqlənir. Onlar, əsasən qaranlıqda küçəyə çıxır, insanlarla ünsiyyətdən qaçır, təsadüfi hallarda gündüzlər çölə çıxırlarsa, qara geyimdən istifadə edir, gözlərini qara eynək altda gizlədirlər. Onların simasında pessimist bir əhval-ruhiyyə hökm sürür. Bir müddət əvvəl telekanallardan birində satanaçılarla bağlı süjet hazırlanmışdı. İblisə xidmət edənlərin özləri də dolayısı ilə deyirdilər ki, onların məqsədi yer üzündə şərin bərqərar olmasına çalışmaqdır.
Tez-tez küçədə, maşın yolunun ortasında, zibilliklərdə və sair yerlərdə pişik ölüsünə rast gəlirik. Bu pişiklərin çox böyük vəhşiliklə öldürülməsi onların daxili orqanlarının bayıra tökülməsindən, başının kəsilməsindən bəlli olur. Öldürülmüş pişiklərə parklarda daha çox rast gəlirik.
Xatırladaq ki, Biləcəri, Rəsulzadə, Qaraçuxur, Həzi Aslanov, Günəşli və s. qəsəbələrdə yaşayan sakinlərin sözlərinə görə, bəzən həyətdən pişikləri yoxa çıxır, bir az axtardıqdan sonra pişiyin ölüsünü evin yaxınlığından tapırlar. Əvvəlcə onlara elə gəlirmiş ki, pişikləri yolu keçərkən avtomobilin altına düşüb, yaxud onu it parçalayıb. Amma ətrafda yaşayan bəzi şəxslərin pişiklərlə qəribə davranışından sonra onlara məlum olub ki, pişiklərin ölümünə nə it günahkardır, nə də maşınlar, onların qətlinə satanistlər qərar verib. Bir müddət əvvəl isə biz özümüz "Neftçilər" metrosu yaxınlığında ağaclıqda qəribə bir hal müşahidə elədik. Saçı çiyinlərinə tökülən, qara geyimli, gözünə qara eynək taxmış 30-35 yaşlı gənc bir kişi çörək, ət parçası ataraq ətrafdakı pişikləri bir yerə yığırdı. Yaxınlıqda ticarətlə məşğul olan insanlarla söhbət zamanı bəlli oldu ki, bu adam əsasən axşamüstü buralarda peyda olur və özünü pişiksevər kimi göstərir. Sonra isə kök, gözəgəlimli pişikləri tutub aparır. Camaata da yalan yerə deyir ki, pişik saxlamaqdan zövq alır.
Satanistlərin öz mərasimlərini əsasən qaranlıq zirzəmilərdə, işıq olmayan yerlərdə şam işığında keçirməsi barədə mətbuatda kifayət qədər yazılıb. Məlumatlara görə, satanistlərin başçıları mərasimlərə üzü maskalı qatılır. Dairəvi lövhə ətrafında çoxlu şam yandırıb ağır rokun ritmləri altda İblisə qovuşur, pişikləri İblisə qurban kəsirlər. Bəzi fikirlərə görə, onlar pişiyin qanını içib-leşini isə çölə atır. Pişiklərin kütləvi şəkildə İblis yolunda qətlə yetirilməsi sözün əsl mənasında ürək ağrıdan faktdır. Bir neçə ay əvvəl telekanallardan birində satanistlərdən biri çıxış edərək deyirdi ki, insanın satanist olduğunu müəyyən eləmək üçün onun heyvanlarla davranışı əsas götürülməlidir. Yəni özündə satanizmə meyl hiss edən adam uşaqlıqdan pişikləri, toyuq-cücəni amansızlıqla öldürür, ətrafdakı insanlara rəhm etmir. Belə uşaqlar yaşıdları ilə də normal rəftar edə bilmir.
Bir nüansı da xatırladaq ki, bəzi şou müğənnilərinin də satanizmə meyilli olduğu deyilir. Məsələn, bu adamlar harada pişik görürsə, həmin an əhval-ruhiyyəsi dəyişir, yaxud camaat içində pişiyə qarşı həddindən artıq lütfkar olurlar.
Qeyd edək ki, bir müddət öncə müğənni Cəmilə özünün mahnılarından birinə çəkdirdiyi klipdə satanist ayinlərindən, mərasimlərindən geniş şəkildə istifadə eləmişdi. Sonra isə demişdi ki, bu ayinlərin satanistlər tərəfindən icra olunduğunu bilmirmiş (?).
Satanistlər hesab edirlər ki, pişik özündə şərin elementlərini daşıyır, onun İblisə qurban verilməsi də bu amillə bağlıdır. El arasında da belə inanc da var ki, kim pişiyə toxunarsa, onun balalarını öldürərsə, özünə zərər verərsə mütləq ziyan çəkər. Yəni xalqın içində də pişiyə intiqamçı bir qüvvə kimi baxılır.
Şəhərdə hər addımbaşı pişik ölüsünə rast gəlinməsi, təbii ki, xoşagələn hal deyil. Birincisi, Allahın yaratdığı heç bir heyvanın vəhşicəsinə öldürülməsi ürəyində rəhm olan insanı razı sala bilməz. Digər tərəfdən də, öldürülmüş pişiklərin leşi həm üfunət qoxur, həm də mikrob mənbəyidir. Maşınların hərəkəti, küləkli hava şəraiti ölmüş pişiyin yaratdığı mikrobu, infeksiyanı ətrafa yayır. Bundan isə bütün şəhər sakinləri əziyyət çəkir.
Heç ekoloqlar, şəhərin təmizliyinə baxan qurumlar da bu məsələni araşdırmaq istəmir ki, niyə gündə bu qədər pişik ölür? Nədənsə, öz heyvansevərliyilə gündəmdə qalan, heyvanlar üçün konsert verən, onları canından əziz bildiyini elan edən Elza Seyidcahan da pişik qətliamına etiraz əlaməti olaraq səsini qaldırmır. Bəlkə Elza satanistlər tərəfindən öldürülərək küçələrə atılan pişiklərə bir elegiya yazsa, İblis xidmətçiləri pişiklərdən əl çəkər?
Категория: Xeberler | Просмотров: 836 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
ILKIN yazdıki >> YARIYA QEDER OXUDUM XEBERE GORE TWK 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.154
Tarix: 28.06.2011 ,11:45.

0  
 
Məhəmmədəli yazdıki >> Allah lenet elesin onlara 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:213.154.23.117
Tarix: 10.06.2011 ,18:29.

0  
 
Lider yazdıki >> thanksyou Yariya qeder oxuya bildim ancaq thanksyou 
__________
İstifadəçiəçi Adı:Lider
İP:93.88.91.157
Tarix: 24.02.2010 ,13:58.

0  
 
rihanna yazdıki >> Allah onlara qenim olsun 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:94.20.27.185
Tarix: 16.02.2010 ,14:29.

0  
 
Leyla. yazdıki >> aaaa yazig pisikler 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:93.184.226.186
Tarix: 12.02.2010 ,19:03.

0  
 
fatinka yazdıki >> Allahin qezebine geleceklerdee 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:91.135.250.90
Tarix: 12.02.2010 ,18:37.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Fevral 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
1234567
891011121314
15161718192021
22232425262728

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024