Britaniyada Şaxta baba mağaza soyub. 282-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, soyğunçu Şaxta baba mağazaya velosipeddə hücum edib. Əlində bıçaq olan Şaxta baba seyfdəki pulları ona verməyi tələb edib. Pulu aldıqdan sonra o, velosipeddə hadisə yerini tərk edib. Polisin sözlərinə görə, bu insident mağazanın işçilərini şoka salıb. Polis cinayətkar Şaxta babanın axtarışını davam etdirir. |