SəN Öyrəndim . Həyat öyrətdi , mən öyrəndim . Öyrəndim başlamağı , dayanmağı . Öyrəndim susmağı , deməyi . Öyrəndim bağışlamağı , inanmağı . Öyrəndim sevməyi . Təkcə sən qalmısan . Son dərsim sənsən . Səni öyrənmək istəyirəm .
Sən mənim deyilsən Ama sən bu qəlbimdəsən Ən dərində gizlənmisən… Sən...
Başlayırıq həyata ağlayaraq . Ürəyimiz dayanandan sonra isə kimlərisə ağladırıq . Susuruq , danışmağı öyrənməyənə qədər . Danışırıq ama yenə də deyə bilmirik . Bir gün gəlir inanırıq nağıllara , bir gün gəlir inanırıq yuxulara , bir gün olur bağışlayırıq inandığımıza görə bütün bunlara . Eşidirik ilk qeybəti , ilk söyüşü , ama sevməyi öyrənməmiş eşidə bilmirik ürəyimizin döyüntüsünü . Sən artıq bu qəlbdəsən . Ona hansı ritmlə döyünməyi sən əmr edirsən . Son günlər ritm artdıqca gücüm azalır . Duyğular durmadan coşur , ağlım məntiqi itirir , ürək barmaqlara , barmaqlar isə klaviaturaya ərk edir . Bilki bu yer boş qalsa da heç kəsə qismət olmayacaq səndən başqa . Bəlkə də bu son qərardır . Bəlkə də sən qarşılıq verməyəcəksən . Bəlkə də bir gün … Bəlkə də…
|