Bir zamanlar üç dost varmış Sevgi, Dostluq və Güvən... Gün gəlmiş Sevginin işi çıxmış...Amma dostlarından ayrılmadan əvvəl onlara söz vermiş: - Mənimçün darıxdığınızda gəlin, uzaqlarda olmayacağam.Harada gözləri arzuyla dolu bir-birlərinə baxan bir cütlük görsəniz mən orda olacağam - demiş və onlardan ayrılmış... Onun arxasınca Dostluq, Güvənə: - Madam elədir, mən də yoluma davam edim...Vəzifə çağırır...Amma narahat olma, harada birlikdə ağlayan iki insan görsən məni orada taparsan... Güvən ağızını açmış vidalaşmaq üçün amma Dostluq ayrılmış. Dostunun yanından, onun son sözünü dinləmədən uzaqlara getmiş... Güvən isə səssizcə demiş: - Məni itirsəniz, bir daha əsla tapa bilməzsiniz... |