Uçdu xəyallarım getdi səninlə Daha gələcəyimi görə bilmirəm Sındı qol qanadım o gedişinlə Daha eşq səmasında uça bilmirəm Dağıldı məhv oldu bütün xəyallar Ümidlə sabaha baxan baxışlar Artıq qəlbimə də düşdü naxışlar Daha bu naxışları silə bilmirəm Bəlkə səhv anladım,bəlkə doğrudu Bəlkə həssaslıqdı,bəlkə qorxudu, Bəlkə sevgimizə nəzər toxundu, Bu nəzərləri niyə görə bilmirəm? Sən söylə sevgilim,nə düşünüm mən?
Sevgimiz sönürmü,ya alovlaınır? Bəlkə də həsrətin cilvəsini mən, Səhv başa düşürəm,bunu bilmirəm Bilirəm sevgimiz böyük dağ kimi, Qoruyur sevəni,bu qəlbi
|