Sevgiden
Ürəyim bir tək səninçün döyünür, Gəl qurtar məni bu hicrani sevgidən. Ürəksə dözməyir közərir sönür, De necə yaşayım sənsiz sevgidən.
Ayaqlarım yerdən göyə üzülmüş, Cismimdən bir anlıq soyuq süzülmüş. Dövrəmizdə necə kabus düzülmüş, Baxışlara kölgə düşür sevgidən.
Düşünən beynim tərk edir məni,
Sənsiz neyləyim saçan yasəməni. Ruhum da çəkir sənin həsrətini,
Qəlbimsə döz deyir sənsiz sevgidən.
Təyyarələr, avtobuslar, qatarlar,
Mənə sərhəd qoyur keçən zamanlar. Artır duyğularım keçdikcə anlar, Sənə gəlləm qəlbim dolu sevgidən.
Deyirlər sevgini bildirən gözlər, Sevginin sübutuna yetməz sözlər. Hədiyyəm görməkdir o qara gözlər, Həsrətimi gəl də sil bu sevgidən.
Ürəyim bir tək səninçün döyünür, Gəl qurtar məni bu hicrani sevgidən. Ürəksə dözməyir közərir sönür, De necə yaşayım sənsiz Sevgidən.
|