Paytaxt Dəkkə yanındakı Gazipur bölgəsində son 9 ayda 83 min 450 tarla siçanı öldürən 40 yaşındakı Mukhayrul İslamın hədiyyəsi rəngli televizor və şəhadətnamə oldu. Mukhayrul İslam sübut olaraq öldürdüyü siçanların quyruğunu toplayıb.
Mukhayrul İslam, 500 fermer və səlahiyyətli orqanların iştirakı ilə tərtib edilən mükafat məsarimində, Associated Press televiziyasına etdiyi açıqlamada, çox xoşbəxt olduğunu bildirərək, "Hökümətin, bunun üçün mükafat verəcəyindən xəbərim yox idi" dedi və siçanları öldürməyə davam edəcəyi sözünü verdi. Bangladeş Tarla Nazirliyinə göre, ölkə ildə təqribən 3 milyon ton qida idxal edir, tarla siçanları ise hər il 1.5 ilə 2 ton qidanı məhv edir. Ölkədə tarla siçanlarının öldürülməsinə yönəlmiş bu il təşkil edilmiş kampaniyanın rəhbəri Bangladeş Tarla Tədqiqat Birliyinin müdiri Vais Kabir, kampaniyada uğurlu olarsa qida idxalının yarı yarıya azala biləcəyini bildirdi. Hökumət üçün heç də asan olmayan siçan öldürmə işində tələbələr yetişdiriləcəyi də qeyd edildi. |