Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
18:35
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı cizgi filmi ?
[ Netice · Diger ]
Cavablar: 125

Мини-чат

Статистика

Saytda Olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0

  

20:07
Siqareti atmağın ən asan yolları
 
Məşhur Amerika yazıçısı Mark Tven deyərmiş: “Siqareti atmaqdan asan iş var? Bunu, ən azı, 20 dəfə etmişəm!” Amma psixoloqlar deyirlər ki, canımızın, pulumuzun və həm də ətrafımızdakıların qənimi olan siqareti, həqiqətən də, asanlıqla atmaq olar və bunun üçün heç bir təntənəli and lazım deyil.

Siqareti atmaq niyyətiniz haqda heç kimə heç nə deməyin. Evdəkilər sizi güdəcək, tanışlar isə lağ üçün bəhanə axtaracaqlar. Siqareti atmasanız, sizi iradəsiz, sözü bütöv olmayan sayacaqlar. Özünüz özünüzə uduzsanız da, bunu təkcə siz biləcəksiniz.

Nədən və necə başlamalı?
Bir ay və bir il ərzində nə qədər pulu tüstüyə çevirdiyinizi, bu pula evə, ailə üzvlərinizə nələr ala bilərdinizsə, onu hesablayın. Siqaretdən tam imtina etməsəniz də, gündəlik “norma”nı azaldın.
Çəkilən siqaretlərin sayını azaltmaq çətin iş deyil. Çəkənlərin 80 %-i siqareti “ürək istəyi”ndən, nikotin asılılığından deyil, mərasimçilikdən çəkir -darıxanda, vaxt öldürmək üçün, iş yerində, məhəllədə, çayxanada söhbət zamanı çəkənlərə baxıb “dəstədən geri qalmırlar”. Siqaret çəkmək, bir növ, sürü psixologiyasına uymaqdır, sosiallaşmanın bəlalı tərəflərinfəndir! Həmdərd ola bilmək, çətinlikdə olana əl uzatmaq sosiallığın üstün tərəfi olsa da, onun bu sifəti də var.

“Mən siqaret çəkmək istəmirəm”, “O mənim və ailəmin düşmənidir”, “Siqaret məni qəbirə aparır” cümlələrini içinizdə tez-tez təkrar edin. Siz bununla toxumalarınıza və şüuraltına mesaj və komanda göndərirsiniz. Onlar sizi dərhal eşidəcəklər – sözün hərfi mənasında. Çünki, Krayon demişkən, “hüceyrələriniz istənilən məsələ ilə bağlı sizdən əmrlər gözləyir, siz bu əmri səsləndirən kimi toxumalar sevinərək “Sahibimizin bundan xoşu gəlir, gəlin onun dediyini tez-tez və təkrar-təkrar edək”.

Səhərlər yuxudan ayılanda dərhal siqaret çəkmək istəyirsiniz, daha doğrusu, bunu ağciyərinizə yığılmış qatran tələb edir. Niyə? Ona görə ki, şər şəri tələb edir...Yəni çoxalma və genişlənmə istənilən varlığn təbii-molekulyar meylidir, qatran və nikotin də özlərinə “arxa” tələb edir, biz isə bunu dərhal icra edirik. Hətta siqaretə görə küçədə tanımadığımız “əmoğlu”ya da ağız açırıq...
Nikotinin “səhər tələbatı”ndan qurtulmaq üçün toxumlardan çay dəmləyib için. Hərəsindən 1 çay qaşığı çovdar, yulaf və darı toxumlarından çay içəndə nikotinin “səhər hücumu” boşa gedir.

Sizə dayaq olacaqlar
Mentol və vanil də siqaret çəkmək istəyini zəiflədir.
Nitroqliserinli pambığa mentol, yaxud vanil səpib siqaret istəyi oyananda onu iyləyin, amma təkrar istifadə məqsədilə onu ağzıbağlı qabda saxlamaq lazımdır ki, iy çəkilməsin.
1 çay qaşığı quru yovşanı 2-3 saat dəmə qoyub sonra süzgəclə süzərək gün ərzində bacardığınız qədər için.
Aptekdən biyan kökünün dəmləməsini alıb gündə 3 dəfə 25-30 damcı qəbul edin.
Siqareti tərgidəndə əhval dəyişir, qıcıqlanma güclənir. Bu məqamda sakitləşdirici dəmləmələr faydalıdır.
Bərabər həcmdə pişikotu, nanəcövhər, zirə və razyananın 2 xörək qaşığı qədərində qarışığına 0,5 litr qaynar su əlavə edib, 2-3 saat dəmdə saxladıqdan sonra bunu dərin stəkana 1 xörək qaşığı bal qataraq gündə 2 dəfə için.
Nikotin asılılığından qurtarmaqda çəhrayı radiol sizə dayaq ola bilər.
15-20 damcı aptek dəmləməsini hər gün 3 dəfə saat 08-09.00, 11.00-12.00 və 14.00-15.00 radələrində 50 q suda həll edərək birnəfəsə için.

Siqaretlə tam vidalaşmağa kəhrəba da kömək edər. Bu şəfalı daş insanı sakitləşdirir, əhvalı düzəldir. Kəhrəbadan düzəldilmiş oyuncağı – təsbeh və s. – həmişə oynadın. İstifadə edilməmiş kəhrəba müştük də sizə “təsəlli” verə bilər – onu ağzınıza alsanız, həm sizi sakitləşdirəcək, həm də siqaret çəkməyəcəksiniz.
Категория: Meqaleler | Просмотров: 2256 | Добавил: Eti_282 | Рейтинг: 4.0/1
Всего комментариев: 5
0  
 
ILKIN yazdıki >> cool 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.133
Tarix: 01.07.2011 ,14:50.

0  
 
rasim yazdıki >> indi gorekde 
__________
İstifadəçiəçi Adı:XakkerMinus
İP:78.111.55.143
Tarix: 14.11.2009 ,21:16.

0  
 
ASK yazdıki >> Etis xeberine tesekkurler am
ma deyesen bizim saytda siqaret cekenler yoxdu
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:82.118.157.246
Tarix: 06.11.2009 ,17:37.

0  
 
fatinka yazdıki >> thanksyou 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:85.132.54.5
Tarix: 06.11.2009 ,16:34.

0  
 
Ilqar yazdıki >> duzzdu emn siqaret cekmirem ama yenede thanksyou 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.46.26
Tarix: 01.11.2009 ,13:15.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Oktyabr 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024