Siqareti tərgidməkdə çətinlik çəkənlərə yeni peyvənd hazırlanıb
Siqareti atmaq istəyənlərə müjdə! Yeni hazırlanan "NIcVAX" adlı
peyvənd bu addımı atmaq istəyənlər üçün əla imkan
yaradacaq. İynə beyinə nikotin molekullarının getməsinin qarşısını alır
və siqaretdən istənilən həzzi almağa mane olur.
Artıq peyvənd laboratoriya şəraitində insanlar üzərində sınaqdan
keçirilib. Sınaqda mütəxəssislər 50 faizlik uğur əldə edib.
Amma siqareti tərgitmək istəyənlər peyvənddən bir neçə ay
istifadə etməlidir.
Qeyd edək ki, istehsalçı "Glaxo” şirkəti bu
peyvəndin hazırlanması üçün 540 milyon dollar
investisiya qoymağı nəzərdə tutub. Dərmandan əldə ediləcək gəlirin isə
milyard dollarla olacağı planlaşdırılır. Peyvənd yaxın bir il ərzində
satışa çıxarılacaq.