Çində dəhşətli hadisə baş verib: Çançun şəhərində 9 yaşlı qız dünyaya övlad gətirib. Həkimlər azyaşlı qızda qeysəriyyə əməliyyatı aparıblar. Körpənin çəkisi 2 kiloqram 750 qram olub. Ana və uşağın vəziyyəti normal qiymətləndirilir.
Jurnalistlər xəstəxananın həkimlərindən heç bir şərh ala bilməyiblər. Bunun səbəbi aydındır: erkən hamiləlik mövzusuna kommunist Çində qadağa var və qeri-adi hadisənin baş verdiyi doğum evinin həkimləri bu mövzuda müzakirə açmaq istəmirlər. Yerli qəzetlərdən birinin əməkdaşı iki dəfə xəstəxanaya daxil ola bilməsə də, ona nə körpəni, nə də azyaşlı anasını görmək qismət olmayıb. Həkimlər jurnalistlərə deyiblər ki, 9 yaşlı ananın ailəsi onun narahat edilməsini istəmir.
Yalnız o məlumdur ki, kiçik ana 9 yaşdan böyük görünür. Onun hansı şəraitdə hamilə qaldığı bəlli deyil. Qızın ailəsi polisdə ifadə verib və hazırda hüquq-mühafizə orqanları körpənin atasını axtarır. "Liu Gongcheng” hüquq firmasının vəkili Lyunun sözlərinə görə, yaşı 14-dən az olan qadınlarla cinci əlaqəyə girmək zorlama kimi qiymətləndirilir və sərt cəzalandırılır