Lazım olan ərzaqlar:
2 ədəd yumurta 2 yemək qaşığı qatıq 2 yemək qaşığı kərəyağı 1 çay stəkanı ilıq süd 1 çay stəkanı ilıq su 4,5- 5 su stəkanı un 1 çay stəkanı pesok 1 paket. quru maya
Kremi üçün;
3 su stəkanı süd 4 yemək qaşığı un 1 su stəkanı toz şəkər 2 ədəd/adət yumurta sarısı 1 yemək qaşığı kakao 1 qaşıq kərəyağı 1 paket vanil
Üzəri üçün;
150 qr. sütlü şokolad 3/4 çay stəkanı krem
TƏRİF
Xəmiri yoğurmaq üçün yoğurma qabına əl yandırmayacaq qədər ilıq süd və suyu alın. Mayanı və şəkəri qarışığa əlavə edib əridin.
Daha sonra undan başqa bütün xəmir vəsaitlərini əlavə edin. Unu yavaş yavaş qarışdıraraq xəmiri yoğurun. Xəmir sulu oldusa bir az daha un əlavə edin. Xəmirin ələ az yapışacaq qədər yumşaq olmasına diqqət yetirin.
Xəmiri, iki qatı olana qədər ilıq bir mühitdə mayalanmağa buraxın.
Sərt olmayan xəmir ələ yapışacaq konsistensiyadadırsa əlinizi unlayarak xəmirdən orta boy alma böyüklüyündə kündələr götürərək yağlanılmış nimçəyə düzün
170 dərəcəli sobada bişirin.
Kremi:
Kərə yağınddan başqa bütün krem ərzaqlarını qazana götürüb çırpma teliylə hamar konsistensiyada çırpın.
Davamlı qarışdıraraq pudinq konsistensiyasına gələnə qədər bişirin. Qaynamağa başladıqdan sonra kərə yağı əlavə edib 2-3 dəq. daha bişirib ocağısöndürün. Krem soyuyana qədər davamlı qarışdırın.
Bişən tort çörəyini buterbrod şəklində kəsin. Daha sonra bir sıxma torbasıyla ya da qaşıqla kremi tortların içinə yayın.
Krem və şokoladı əritmək üçün; bir qaba qoyun və kasanı su dolu başqa bir qabın içinə qoyaraq ocaqda əriyənə qədər qaynadın.
Əriyən şokoladın içinə kremi də qoyduqdan sonra tortcuqların üstünü şokolada batırın. Soyuducuda soyudub çay süfrəsinə verin.
Nuş olsun! |