Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
21:11
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
İnternetdən hansı məqsədlə istifadə edirsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0

  

18:53
Şorba, salat və isti yemək resepti
 
Brokoli şorbası

4 nəfər üçün
0,5 kq brokoli
100 q təzə sarımsaq, kərəviz saplağı
1 stəkan xama
1 stəkan toyuq bulyonu
3 x.q. doğranmış cəfəri, şüyüd və kəklikotu
1 dəstə yaşıl soğanın baş hissəsi
Zeytun yağı
Duz, istiot
Brokoliləri yuyun, dəstələrə ayırın. Saplaqlarını kəsdikdən sonra başlarını incə çərtin.Təzə sarımsaq və kərəvəz saplaqlarını yuyun və doğrayın, zeytun yağında yumşalana qədər bişirin. Sonra yaşıl soğanın baş hissəsi, brokoli, doğranmış göyərtiləri və toyuq bulyonu əlavə edin. Bütün tərəvəzlər 25 dəqiqə bişəndən sonra qarışığa xama töküb blenderdən keçirin. Yaxşıca həll olunandan sonra 5 dəqiqə bişirin, duz, istiot əlavə edib süfrəyə isti şəkildə verin.

Badamlı toyuq

8 nəfər üçün
4 ədəd iki yerə bölünmüş toyuq filesi
1 kq göbələk
1 stəkan qabığı soyulmuş badam
1 stəkan un
Duz, qara və qırmızı istiot

Sobanı əvvəlcədən 125 dərəcə qızdırın. Un, duz, istiotu bir-birinə qarışdırın. Toyuq filelərini bu qarışığa salın. Sonra bitki yağı ilə yağladığınız sobanın qabına qoyub 1 saat bişirin. Bir-iki dəfə çevirin ki, yaxşı qızarsın. 1 saatdan sonra toyuğun yanına badam və göbələkləri düzün. Qapağını bağlayıb 2 saata qədər bişirin. Arabir sobanın istiliyini azalda bilərsiniz. Bu yeməyi buxarda bişirilmiş düyünün üzərinə qoysanız, daha ləzzətli olacaq.

Çərkəz salatı

1 ədəd toyuq
2 dilim çörək içi
3 stəkan qoz ləpəsi
Duz, qırmızı istiot

Toyuğu duzlu suda qaynadın. Qoz ləpəsini ət maşınından keçirin və 1 çay qaşığı duz və istiotla qarışdırın. Zəif odda yağı çıxanadək taxta qaşıqla əzin. Yağı çıxanda bir neçə qaşıq toyuq bulyonu əlavə edib qarışdırın. Sonra süzgəcdən qozun yağını süzün. Qoza isladılıb sıxılmış, ovulmuş 2 dilim çörək içi qatın. Sonra təkrar maşından keçirin. Toyuq bulyonu əlavə edin və qarışdırın. Bişmiş toyuğun sümükləri və dərisini ayrıb ətini didin. Hazırladığınız qoziçi qarışığı ilə qarışdırın. Zövqə uyğun əzilmiş sarımsaq da əlavə edə bilərsiniz. Süfrəyə verəndə, salatın üstünə bəzək kimi süzdüyümüz qozun yağını əlavə edə bilərsiniz.

Pendirli çörək

250 q marqarin
250 q ağ pendir
2 ədəd yumurta sarısı
2 ç.q. limon suyu
1 paket qabartma tozu
Lazım olan qədər un

Yağı əridib bir yumurta sarısı və digər ərzaqlarla qarışdıraraq yumşaq xəmir yoğurun. 20 dəqiqə dincə qoyun. Xəmiri oxlov ilə 1 sm qalınlığında açıb stəkanın ağzı ilə yumru kəsin. Üstünə yumurta vurub küncüt səpin və 180 dərəcə sobada bişirin. Çörək bağlı qabda uzun müddət təzə qala bilir.

Категория: Müxtelif | Просмотров: 1832 | Добавил: Leylashka | Рейтинг: 0.0/0
Всего комментариев: 2
+1  
 
Leman yazdıki >> Müəllifə tşk 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:82.194.4.192
Tarix: 30.03.2011 ,13:52.

+1  
 
ulvi zeynalli yazdıki >> Müəllifə Təşəkkür 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.216
Tarix: 29.03.2011 ,22:42.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024