Soz var...
Göz ürəyin güzgüsüdür, Gözlər deyir hər bir sözü. Söz ürəyin öz sözüdür, Deyə bilməz ayrı sözü.
Söz cilovsuz at kimidir, Boş buraxsan qaçar gedər. Söz senə övlad kimidir, Saxlamasan uçar gedər.
Söz var xecalət çekdirər, Peşman eylər söyləyəni. Söz var yerə diz çökdürər, Sultan eylər söz deyəni.
Söz var düşünsən nə qədər, Yada düşmez,unudular. Söz var qiyamətə qədər, Yaddan çıxmaz,yadda qalar.
Söz var Ana laylası tək, Yatırar öz körpəsini. Söz var azan sədası tək, İbadətə səslər səni.
Söz var Ana duası tək, Hər addımda izlər səni. Haqqın səsi çünki bu səs, Doğru yola səslər səni.
Oxu şeri,düşün dərin, Tez oxuyub,atma yerə. Sirrini aç kəlmələrin, Diqqət eylə sətirlərə.
|