Ekrana çıxdığı gündən həddindən çox sevilən və bir neçə seriyası lentə alınan "Şrek" cizgi filminin baş qəhrəmanı "Şrek" sən demə gerçək həyatda olub. ANS PRESS-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, adı Maurike Tillet olan və cizgi filminin baş qəhrəmanına çox oxşayan kişi 1903-cü ildə Fransada dünyaya gəlib. 20 yaşında keçirdiyi nadir xəstəliklə bağlı olaraq sümükləri deformasiyaya uğrayıb. Nəticədə onun xarici görünüşündə ciddi dəyişikliklər baş verib.
Görünüşü ilə bağlı olaraq təhqirlərə məruz qalan Tillet Amerikaya köçərək burada "Fransız mələyi" adı ilə peşəkar güləşlə məşğul olub. Burada ona "rinqlərin qorxulu divi" (Freak Ogre of the Ring) ləqəbi verilib.
Onun karyerasında ən böyük hadisə 1944-cü ildə AWAW (American Wrestling Association World) çempionu olan Stiv Kaseti məğlub etməsi olub.
Xarici görkəmi qorxulu olsa da kifayət qədər zəkalı insan olub. Belə ki, o dövrün Şreki 14 dildə danışa bilib, şairlik edib.
Tillet 1954-cü ildə infarkt nəticəsində dünyasını dəyişib