Главная
Регистрация
Вход
Çərşənbə
27.11.2024
06:56
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Hansı nəqliyyatdan istifadə edirsiz ?
[ Netice · Diger ]
Cavablar: 112

Мини-чат

Статистика

Saytda Olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0

  

14:48
Suyu daşırmayan gül yarpağı ola bilmisənmi?


Hər kəs ona verilən ömrü bir cür yaşayır. Həm özünə görə yaxşı və ya pis, ya da başqalarına görə yaxşı və ya pis... Yaxşı yaşamağa çalışanlar yaxşılıqlarla yadda qalır. Özlərini ən xırda bir şeydə xoşbəxt hiss edirlər. Hər gələn günlərini daha xoş, daha gözəl qarşılayıb elə də yaşayırlar. Pis yaşamağa çalışanlar bunu pislik etməkdə görürlər. Kimisi oğurluq, kimisi kiminsə haqqına girmə, günah, əziyyət etmə və s. minlərlə cümlə qurmaq olar.

"Yaxşı" və ya "pis" yaşamağa çalışmasından asılı olmayaraq insanlar adə
tən əlindəkilərlə yetinməyib, daha çoxunu istəyirlər. Bir məsəl var, "xəyal etmədiyimiz səadətə qovuşduqdan sonra onun bir "tikə"sini belə itirmək bizi pərişan edər" deyə... Həqiqətən elədir. Bu məsəlin yarandığı əhvalat belə bunu göstərir: Bir gün bir nəfər balaca uşağa alma verir, uşaq çox sevinir. Adam uşağa ikinci almanı verir, uşaq daha çox sevinir, üçüncü almanı verəndə az qala sevincdən dəli olur,dördüncü almanı alanda isə almalardan biri qucağından düşür. Bu dəfə uşaq düşən almaya görə ağlamağa başlayır. Həyat belədir...

Həzz aldıqlarımız deyil yaşamağı dəyərli edən,
Yaşamaqdır, həzz almağı dəyərli edən.

Aza qane olmağı bacarmaq lazımdır. Əlində olanların qədrini bilmək lazımdır. Bunu insan psixologiyasının bacarması çətindir, sən bacar insanlar içində istisna ol. İnsanın mənimsəyə biləcəyi ən müsbət keyfiyyətlərdən biridir bu.

İnsana başqa bir tərəfdən baxaq. Ətrafa qarşı münasibət, ətrafdakılarla münasibət. Öz çevrəndəkilər, yaxınlarınla, dostlarınla, sevdiklərinlə münasibət. Özünüzdə aynada baxa bilin. Bu dediyimi unutmayın: Yalnız içinizdəki sizi əks etdirənlərə, içinidəki siz kimi olanlara təsir edə bilərsiniz. Digər insanların içindəki gözəllikləri görürsünüzsə, öz içinizdəki gözəlliyi kəşf etmisiniz deməkdir. Əgər hər kəs sizin üçün həyatı çətinləşdirirsə, o zaman bunu siz edirsiniz deməkdir.

Gözəl yaşayın, gözəl günlər, anlar yaşayın, gözəlliklərlə əhatələnin, sevdiklərinizlə mehriban münasibətdə olun, Yaxşı mənada yaxşı olun. Mənalı, gözəl ömür sürün. Həyatınıza mənfi təsir edənləri yoxa hesab edin, özünüz də başqasına "əngəl" olmayın... Dünyaya və dünyadakılara, ətrafınızdakılara mənfi təsir etməyin, pisliklər yox yaxşılıqlarla yadda qalın. Hər zaman olmasa da, çox vaxt çalışın gülümsəyin, buna ehtiyacı olanlar sizi "izləmiş" ola bilərlər. Fikir vermisinizmi, su ilə dolu qaba gül yarpağı atsanız suyun üzündə qalıb, suyu daşırmır. Bax siz də çalışın, suyu daşırmayan "gül yarpağı" olmağı bacarasınız:)

Bəs, bu günə kimi necə? Suyu daşırmayan "gül yarpağı" ola bilmisinizmi?
Категория: Müxtelif | Просмотров: 771 | Добавил: Danger-girl | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
Lale yazdıki >> TESEKKURLER smile 
__________
İstifadəçiəçi Adı:Derya_282
İP:85.132.56.24
Tarix: 26.06.2011 ,19:37.

0  
 
ilkin yazdıki >> TWK 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.219
Tarix: 25.06.2011 ,16:27.

0  
 
Məhəmmədəli yazdıki >> fatinka ile raziyam 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:213.154.16.123
Tarix: 25.06.2011 ,13:07.

0  
 
fatinka yazdıki >> beli razilasiram.Cox istemek insani azdan da eder.

xebere gore tesekkur
 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:109.127.25.160
Tarix: 24.06.2011 ,21:01.

0  
 
Melek yazdıki >> Muellife tesekkurler 
__________
İstifadəçiəçi Adı:_Melek_
İP:85.132.56.39
Tarix: 24.06.2011 ,16:41.

0  
 
Said yazdıki >> Tsk 
__________
İstifadəçiəçi Adı:Leito
İP:88.151.194.39
Tarix: 24.06.2011 ,15:04.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024