Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
15:14
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 29
Qonaqlar 29
İstifadəçilər 0

  

17:37
Toyuqların kəsilməsi

Toyuqların kəsilməsi haqqında

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, toyuqları halal olmağı üçün bir-bir kəsmək lazımdır.Əvvəlcə suallarımıza nəzər salaq:

1) Toyuqlar mütləq bir-bir kəsilməlidir?

2) Toyuqları xüsusi maşınla avtomatik olaraq kəsmək dini baxımdan problem yaradır?

3) Hər bir toyuğu bismillah deməyib (Allahın adını çəkmədən) kəssələr, ətini yemək haram olur?

Quranın Maidə (süfrə) surəsinin 3-cü ayəsində belə deyilir:

"Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub ölmüş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş sizə haramdır. Canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır”.

Türkiyədə toyuqları Allahdan başqasının adına kəsən bir firma yoxdur. Quran və hədislərdə heyvanların bir-bir kəsilməli olduqlarına dair bir şərt də yoxdur. Deməli, maşınla kəsmək olar.

Əlavə olaraq, Quranda qurbandan başqa heyvanları kəsdikdə bismillah deməyi əmr edən bir ayə yoxdur!

Vaxtilə Mədinə şəhərində yaşayan müsəlmanlarda da bu məsələyə dair şübhə yaranıb və onlar Muhəmməd peyğəmbərdən (s. a. v.) belə bir sual soruşublar:

- Camaat bizə ət gətirir. Biz o heyvanların üstündə kəsildiyi vaxt bismillah deyilib deyilmədiyini bilmirik. Belə olan halda, nə edək?

Peyğəmbərimizin (s. a. v.) bu suala cavabı aşağıdakı kimi olub:

- Siz bismillah deyib yeyin!1

Əl-Xəttabi (ölüm tarixi hicri 388-ci il) belə demişdir:

"Bu hədis heyvan kəsməkdə bismillah deməyin şərt olmadığına dair sübutdur. Əgər şərt olsaydı, haqqında şübhə edilən həmin heyvan Allahın peyğəmbəri tərəfindən halal hesab olunmazdı”.

Toyuqlar kəsildikdən sonra tüklərinin asanlıqla yolunması məqsədilə isti suya salınır. Deyilir ki, bu vaxt toyuqların daxili orqanları çıxarılmadığına görə içində olan qan və nəcasət (murdarlıq) isti suyun təsirilə ətə bulaşır və buna görə də ət nəcis (murdar) olur.

Halbuki, qan və murdarlığın ətə bulaşmağı üçün toyuq gərək həmin isti suyun içində qaynayacaq dərəcədə uzun müddət qalsın. Bu halda hüceyrələr açılır və murdarlıq içəri girir. Toyuğu sudan çıxartdıqda da hüceyrələrin ağzı bağlanır və murdarlıq içəridə qalır. Buna görə də toyuq kəsib satan firmalar suyun istiliyinin 60 dərəcədən çox olmamağına xüsusi diqqət yetirirlər. Bu halda da murdarlıq ətə daxil ola bilmir, toyuğun tükləri yolunandan sonra yaxşıca təmizlənir və təmiz bir vəziyyətdə bazara çıxardılır.

Nəticə etibarilə demək lazımdır ki, dini (İslam) üsullara zidd formada kəsildiyinə dair qəti bir dəlil-sübut olmayan və görünüş baxımından təmiz və sağlam olan toyuq və oxşar heyvanların ətini rahatlıqla yemək olar.

Категория: Müxtelif | Просмотров: 837 | Добавил: Danger-girl | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Melek yazdıki >> TSK... 
__________
İstifadəçiəçi Adı:_Melek_
İP:85.132.62.145
Tarix: 23.06.2011 ,19:10.

0  
 
aysel yazdıki >> TSK smile 
__________
İstifadəçiəçi Adı:Aysel_282
İP:85.132.56.177
Tarix: 23.06.2011 ,18:37.

0  
 
ilkin yazdıki >> surprised Tesekkur 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:88.151.194.58
Tarix: 23.06.2011 ,18:24.

0  
 
Said yazdıki >> Tsk.. 
__________
İstifadəçiəçi Adı:Leito
İP:88.151.194.58
Tarix: 23.06.2011 ,17:46.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024