Aprel ayının 3-də keçiriləcək sınaq imtahnında iştirak etmək üçün 139 abituriyent valideyn şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. Bu barədə məlumat ANS PRESS-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilib.
TQDK imtahan binalarına buraxılışın yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəyini bildirib.
Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar! İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirilməsi qəti qadağandır!