"FenerBaxça” klubunun rəsmilərindən biri Səlim Soydan azarkeşlərdə şok effekti yaradan xəbər yayıb. Klub rəsmisi "FenerBaxça”nın braziliyalı futbolçusu Aleksin bu mövsümün sonunda komandadan ayrılacağını bildirib.
"Aleksin çox güclü futbolçu olduğunu hamımız bilirik. Bu amili heç kim inkar etmir. Bu vaxtadək onun klub üçün çox xeyri dəyib. Bu mövsüm də kluba əlindən gələni edəcəyinə əminəm. Ancaq bu mövsüm Aleksin "FenerBaxça”da keçirəcəyi son mövsüm olacaq”, - deyə Səlim Soydan bildirib.
Xatırladaq ki, Aleks 2004-cü ildə Braziliyanın "Kruzeyro” klubundan "FenerBaxça”ya transfer olunmuşdu.
*******************************
"Bursaspor” klubunun prezidenti İbrahim Yazıçıoğlu həbs edilib. Bursa şəhərinin polis rəisi Halil Yılmaz klub prezidentinin Bursa şəhər Polis Şöbəsinin Qaçalmalçılıq və Mütəşəkkil Cinayətlər şöbəsi tərəfindən saxlanıldığını bildirib.
Klub prezidentinin tender fırıldağında şübhəli bilindiyi ehtimal edilir. İbrahim Yazıçıoğlunun işinin Bursa şəhər Prokurorluğunda araşdırıldığı qeyd olunub.
Xatırladaq ki, İbrahim Yazıçıoğlunun prezidenti olduğu "Bursaspor” klubu srağagün Çempionlar Liqası turnirinin çərçivəsində Şotlandiyanın "Qlazqo Reyncers” klubu ilə görüşərək 0:1 hesabı ilə məğlub olmuşdu.
|