Sevib ayrılandan sonra onu heç düşünməməkdirmi Unutmaq? Ayrılandan sonra heç onu axtarmamaqdırmı Unutmaq? Sizcə heç Sevən ayrılandan sonra Sevdiyini düşünməyə bilərmi? Sevən ayrılandan sonra heç onu axtarmazmı?
Unutmayın mən Sevəndən danışıram. Sevən əgər sevirsə onu heç vaxt unuda bilməyəcək.
Əgər sevirlərsə onlar heç vaxt ayrılmazlar, onları heç bir qüvvə ayıra bilməz. Əgər bir sevginin axırı ayrılıq oldusa heç o sevgiolmayıb demək. Sevənləri heç kim ayıra bilməz. Sevməyin axırı qara torpaq olsa belə yenə onlar ayrılmazlar. Əgər onlar bir-birilərini həqiqətən seviblərsə,onların ruhları da bir-birilərini sevəcəkdir, heç vaxt ayrılmayacaqlar.
Sevdiyini unuda bilməzsən sən…Unutdunsa o Sevgi olmayıb…Sən heç sevməmisən deməkdir