Xalq artisti Aygün Kazımova Namiq Qaraçuxurlunun ona hədiyyə etdiyi "BMW 750" markalı avtomobilini yaman əzizləyir. Müğənni yeni maşınını göz bəbəyi kimi qoruyur. ANS PRESS-in məlumatına görə, xalq artisti sevimli maşınına görə balaca bir uşağı az qala öldürürmüş.
Belə ki, xalq artisti Aygün Kazımova 20 mart tarixində, gündüz saatlarında Bakıda Bülbül küçəsində Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin qarşısında tıxacda dayanan zaman insident baş verib. Avtomobil yollarında maşınların şüşələrini silərək pul qazanan uşaqlardan biri xalq artistimizi möhkəm əsəbiləşdirib. Uşaq əlindəki əski ilə Namiq Qaraçuxurlunun hədiyyəsinə toxunarkən Aygün Kazımova özünü cilovlaya bilməyib. Əsəblərinə hakim ola bilməyən xalq artistimiz, "Cındırın biri, qoduq... sənə demədim, əskini mənim maşınıma sürtmə!" deyərək uşağı əməlli-başlı təhqir edib. Xalq artistimizin reaksiyasına nəinki uşaq, yaxınlıqda olan hər bir kəs əməlli-başlı təəccüblənib.
|