Bolqarıstan Kosmos Araşdırmaları İnstitutunun elm adamları, Dünyada hal-hazırda yadplanetlilərin olduğunu irəli sürdü."Daily Telegraph" qəzetinin Bolqar mətbuatına istinadən verdiyi xəbərə görə, İnstitutun Başçı Köməkçisi Lachezar Filipov, yadplanetlilərin varlığıyla əlaqədar araşdırmanın, bunların həqiqətən dünyada var olduqlarına işarə etdiyini və varlıqlarını aramızda dostca davam etdirdiklərini ifadə etdi. İnstitut, özlərinə göndərilən bir çox kompleks simvolu həll etmə işlərinə başladığını açıqlayarkən,dünyanın xaricindəki həyatla ünsiyyət halında olduqlarını irəli sürən Filipov,dünya ərazisindəki 15-yə qədər əkin sahəsini araşdırdıqlarını qeyd etdi. Filipov, "Yadplanetlilər hal-hazırda aramızda yaşayır, bizi müşahidə edir.Bizə düşmən kimi yaxınlaşmır, əksinə kömək etmək istəyirlər.Ancaq biz onlarla ünsiyyət quracaq düşüncədə deyilik" deyə danışdı. Vatikanın da yadplanetlilərin varlığını qəbul etdiyini ifadə edən Filipov,insanın "dünyaxarici" həyatla, radio dalğalarla deyil, düşüncə gücüylə ünsiyyət qura biləcəyini və bunun 10-15 il içində qətiliklə olacağını söylədi |