Yaponiyada güclü zəlzələ və sunamidən bir neçə gün keçməsinə baxmayaraq, xilasemə işləri hələ də davam edir. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, dağıntılar altında qalmış adamları axtaran xilasedicilər möcüzə ilə qarşılaşıblar. Miyaqi perefekturunda dağıntılar altından 4 aylıq körpə tapılıb. Körpə günlərlə dağıntılar altında ac və susuz qala bilib.
Xilasedicilər uşağı dərhal yaxınlıqdakı xəstəxanaya göndəriblər. Lakin onun səhhəti ilə bağlı ciddi problemi olmadığı müəyyən edilib.
Xilasedicilərin sözlərinə görə, bu hadisə onların daha həvəslə işləmələrinə stimul verib.