Yaponiyada şirkətlərdən birində kiçik tibbi laboratoriya kimi fəaliyyət göstərən tualet hazırlanıb. Məlumata görə, tibbi ləvazimat istehsalçısı olan "Toto” şirkətinin hazırladığı bu ayaqyolundan istifadə edənlər bir neçə dəqiqədən sonra sidik analizi, qan şəkəri, çəkisi, hərarəti, təzyiqi və s. barədə məlumatlar əldə edə bilir.
Qeyd edək ki, analizlərin nəticəsi divarda olan monitorda göstərilir. Bu məlumatların istifadəçinin şəxsi kompüterinə transferinin mümkün olduğu bildirilir. Şirkət rəsmisi gələcəkdə analiz nəticələrinin e-mail vasitəsilə istifadəçinin həkiminə və ailəsinə də ötürüləcəyini bildirib.
Dalbadal 5 nəfərin analizlərini göstərəbilən ağıllı tualetin qiyməti isə 350 000 ilə 500 000 yen (3 200 – 4 500 avro) arasında dəyişilir.
Qeyd edək ki, ağıllı tualetlər yaponların 70 faizinin evində hökmən olan isidici kreslo, hidro-masaj cihazı, musiqi qutusu imkanları ilə də təchiz olunub.
Ağıllı tualetdəki unitazın qapağı isə istifadəçi içəriyə daxil olduğu vaxt avtomatik açılır.
|