Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
19:18
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytimizin açilmağini necə qarşilayirsiz?
[ Netice · Diger ]
Cavablar: 67

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

10:37
Yemək reseptləri.
 
 
 
Göbələk şorbası

250 q göbələk
1 kartof
1 soğan
4 stəkan toyuq bulyonu
1 x.q. kərə yağı
1,5 x.q. un
Cəfəri
Qazırdılmış çörək
Duz, istiot
Kərə yağını əritdikdən sonra unu əlavə edin. Bir müddət qarışdıraraq qovurun. Toyuq bulyonunu əlavə edin. Göbələkləri xırda-xırda, soğan və kartofu kub şəklində doğrayıb qazana tökün. Qaynamağa başlayanda duzunu əlavə edin. Bir az qaynadıb süfrəyə cəfəri və qızardılmış çörəklə verin.


Tərəvəzli toyuq soyutması

1 toyuq
10 xırda soğan
2 kartof
3 kök
1 kərəviz
100 q göy noxud
50 q düyü
Cəfəri
Su, duz, istiot
Bir qazana toyuq, duz, su töküb 1 saat bişirin. Sonra soğanları, doğranmış kartof, kök, kərəviz, göy noxud və düyünü qataraq 30 dəqiqə də bişirin. Üzərinə cəfəri əlavə edib süfrəyə verin. Göy noxud konservləşdirilmiş olarsa, qazana son 10 dəqiqədə əlavə edin.
 

Sürpriz makaron

1 paket makaron
Yarım kq qiymə
2 soğan
3 kartof
2 badımcan
3 pomidor
2-3 x.q. zeytun yağı
Qızartmaq üçün bitki yağı
2-3 diş sarımsaq
1 yumurta
2 x.q. un
Duz, istiot
Əvvəlcə qiyməyə sürtgəcdən keçirilmiş soğan, duz, istiot əlavə edib kiçik küftələr hazırlayın. Küftələri una batırıb qızardın, sonra ayrılıqda kartofu, badımcanları da qızardıb bir kənara qoyun. Bir qazanda su qaynadaraq duz və makaronları əlavə edin. Makaron bişənə qədər bir tavada kərə yağı, blenderdən keçirdiyiniz pomidor və sarımsaqları qızardıb sous hazırlayın. İstəsəniz, bir az su, duz və istiot əlavə edin. Makaronları iri boşqaba töküb, üzərinə tərəvəzləri, küftələri, sonda sousu əlavə edin.

 

Mayonezli toyuq salatı

250 q döş əti
2 kök
2-3 təzə soğan
2 diş sarımsaq
1-2 x.q. qatıq
1 kasa mayonez
Şüyüd
Duz, istiot, qırmızı bibər
Suda bişirilmiş döş ətini didib duz və istiot əlavə edin. Tərəvəzləri mərcimək böyüklüyündə doğrayıb toyuqla və kənarda qarışdırdığınız mayonez və qatıqla birləşdirin. Üstünə doğranmış şüyüd əlavə edib süfrəyə verin.
 


Albalı şirniyyatı

2 paket uşaq peçenyesi
2 paket vanilli pudinq
3,5 stəkan albalı şirəsi
3 stəkan süd
1 kasa albalı
Bir paket vanilli pudinqi 3 stəkan südlə bişirin. Geniş bir qaba (şüşə) peçenyelərin yarısını düzün, üstündən pudinqi tökün, üstünə bir qat da peçenye qoyun. Peçenyelərin üstünə çəyirdəyi təmizlənmiş albalıları əlavə edin. Qalan pudinqi 3,5 stəkan albalı şirəsində bişirdikdən sonra albalıların üstünə tökün. Soyuducuda 1-2 saat qaldıqdan sonra süfrəyə verin.

Категория: Müxtelif | Просмотров: 1255 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0  
 
fatinka yazdıki >> tewekkur 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:80.69.61.227
Tarix: 12.08.2010 ,22:02.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Avqust 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024