Yene o bağ olaydı Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi ? Söylə ürəyincəmi ? Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla, ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq, ruhun ehtiyacından, Qardaşından, bacından. Çəkinərək çox zaman söhbəti dəyişəydin, meimlə əyişəydin. Yenə bir vuraydı, qəlbimiz gizli-gizli, sen ey əsmər bənizli. Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Her üfüqdə bir həvəs, hər bucaqda bir umud, Insanlar daha məsud. Duyğular daha incə, fikirlər daha dərin, urəklər daha sərin. Insanların vüqarı, tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Temizlənmiş bir az da. Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır! Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan, dalğalara dalaydım, dalıb ilham alaydım. Endamını həvəslə, qucaqlarkən dalğalar, Qelbimdə qasırğalar, Firtınalar coşaydı, qısqanclıqlar doğaydı, Menihirsim boğaydı. Cumub alaydım səni dalğaların əlindəni, Yapışaydım belindən. Xeyalımız üzəydi, sevda dənizlərində, Lepelər üzərində, Ilhamımın yelkəni, zərrin saçın olaydı, Sular xırçın olaydı. Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə, Gelin baxın Xəzərə. Cixalım Buzovnada kiçik qayalıqlara, Seyrə dalım bir ara... Gecələr sayrışarkən, ulduzlar lalə kimi, Isıqlar jalə kimi. Cilenib dağılarkən ətrafa damla-damla, en yaxın bir adamla. Ne gözəldir dinləmək suların nəğməsini, Tebiətin səsini! Ne gözəldir dolaşmaq, isti yay fəsilləri, Bu sərin sahilləri! Ne gözəldir səhərlər bizim böyük ruhumuz, Asıb-daşan duyğumuz. Seklindəki sulara, baxaraq ləzzət almaq, Bu mavi şe’rə dalmaq. Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək, Be’zən hürküb çəkinmək. Her dalğa bir kişnəyən bəyaz yallı at kimi, Bizim bu həyat kimi! yenə o bağ olaydı sevdalar ölkəsində, o söyüd kölgəsində. inci qumlar üstündə yenə verib baş-başa, Yayı vuraydıq başa. Gunlərimiz keçəydi qızğın fərəhlər kimi, Dolu qədəhlər kimi. Yarpaqlar arasından uzadaraq əlini, oxşayaraq telini. Gecələr darayaydı saçlarını ay gözəl! Sen gözəlsən, ay gözəl? Ellərində əllərim, gözlərində gözlərim... oxuyardi sozlerim Konlünün qulağından bir qızıl tana kimi, Gunəş doğana kimi. Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar, Can-ciyər olacaqlar. Bir az da uzaqlara açacaqlar yelkəni, ruh yeni, höyat yeni... Cixacaqlar göyləri aşaraq dönə-dönə, Buludların fövqünə. baxacaqlar sabaha, uçacaqlar yarına, Efir boşluqlarına. Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən, Bu insan oğlu bilsən. Azadlıq ölkəsində daha şad olacaqdır, Dunya dad alacaqdır. yene o bağ olaydı, yenə yığışaraq siz, O bağa köçəydiniz. Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim. Qeləmə söz verəydim. Her gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər-axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi? Soylə, ürəyincəmi?
|