NASA Yer kürəsindən kənarda həyat əlamətləri tapıb. Qurumun əməkdaşı Ricard Hoover kosmosda həyat olduğuna dair məlumatlar əldə etdiyini açıqlayıb. O, dünyaya düşən metereoidlərin içərisində çox kiçik ölçülü "kosmoslu həşəratların" izinə rast gəlindiyini bildirib.
Hooverin sözlərinə görə, NASA-nın Alabama ştatındakı Marşal uçuş mərkəzində apardığı araşdırmada əldə etdiyi daşlaşmış maddələr İspaniyanın Ebro hövzəsində olan "Titanospirillum velox" adlı bakteriyalara bənzəyir. O, araşdırma çərçivəsində Günəş sistemindəki ən qədim göy daşları olduğuna inanılan 3 nümunədən əldə etdiyi parçaları tədqiq edib. Nəticədə o göy cismindəki daşlaşmış bakteriyaların, daşlar yerə düşəndən sonra ortaya çıxmadığını müşahidə edib.
Qeyd edək ki, bu, dünyadan kənarda həyatın olmasına dair ilk nümunə deyil. Son olaraq 1996-cı ildə NASA-nın başqa bir əməkdaşı Devid McKay Antarktikada tapılan göy cismində həyatın izinə rast gəldiyini bildirmişdi. Bu daşın 1984-cü ildə tapıldığı və Marsa aid olduğu müəyyən edilmişdi.
|