Yuliya Timoşenkonun «sponsoru» «AST Telman»dı? Ukrayna mətbuatı azərbaycanlı biznesmenlə bağlı şok xəbər yayıb QayNar: Ukraynanın baş naziri Yuliya Timoşenkonun Prezident seçiləcəyi təqdirdə, Odessadakı nəhəng "7 km” sənaye bazarı azərbaycanlı biznesmen Telman İsmayılova veriləcək. Qaynar.info SİA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın "misto.odessa.ua” internet saytı məlumat yayıb. Sayt öz mənbələrinə istinadən yazır ki, Rusiyadan uzaqlaşan Telman İsmayılov biznesini Ukraynada qurmaq istəyir. Məlumatda T.İsmayılovu "beynəlxalq kriminal lider” adlandırır: "T.İsmayılov və onun dostları Yuliya Timoşenko və onun komandası vasitəsiilə Ukraynaya yol tapıb. Onlar hakimiyyətə gələcəkləri təqdirdə sənaye bazarına nəzarəti Telman İsmayılova verəcəklərini bildiriblər. Razılaşmanın məbləği isə milyardlarla dollardır. Bu məbləğin bir hissəsi artıq baş nazirə ödənilib. Xanım Timoşenko İsmayılovun pullarını seçki kampaniyasına israfçılıqla xərcləyir: "Çünki artıq dövlət büdcəsində sadəcə, pul qalmayıb. Telman İsmayılov Yuliya Timoşenkonu burbaşa maliyələşdirir”. |