Gecə yatarkən yuxu görmək yaddaşı gücləndirir. Bu barədə məqalə elm və texnologiya jurnalı olan "NewScientist"də yer alıb. Dünyanın hər yanından olan elm adamları yuxu, onun faydasını araşdırıb.
ABŞ-dakı Harvard tibb fakültəsinin əməkdaşı Robert Stikqoldun sözlərinə görə, yuxunun son mərhələsi REM adlanır ki, bu mərhələdə görülən yuxular insanın yaddaşının baza şəklinə salınmasına kömək edir. Almaniyanın Lübek universitetinin əməkdaşları Jan Born və Susanna Diekelmann da amerkalı mütəxəssislə həmfikirdir.
Yuxu həm də insanlara pis xatirələri ilə mübarizə aparmağa imkan yaradır. Belə ki, yuxu pis hadisələrdən dərs çıxarmağa kömək edir.